"Ermənistan BMT nümayəndə heyətinin Qarabağa səfəri və onun nəticələri üzrə dərc edilmiş press-reliz barədə məlumatı dərin narahatlıq və məyusluq hissi ilə qarşılayıb. BMT nümayəndə heyətinin oktyabrın 2-də səfəri "erməni tərəfinin və beynəlxalq ictimaiyyətin gözləntilərini” əks etdirmir.
Bundan əvvəl Ermənistan BMT-nin Qarabağdakı missiyasını Azərbaycanın "cinayətlərini" leqallaşdırmaqda ittiham edib.
Oktyabrın 2-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə BMT missiyası oktyabrın 1-də Azərbaycanın Qarabağ regionuna səfər edib. Missiya rəsmi olaraq açıqlayıb ki, Qarabağda heç bir etnik təmizlənmə aparılmır və insanlar oranı özləri tərk edib. Təşkilat bildirib ki, hazırda Qarabağda 50-1000 arası erməni qalıb.
Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası planını açıqlayıb. Qeyd olunub ki, Qarabağda yaşayan bütün erməni vətəndaşların hüquq və azadlıqlarları təmin olunacaq.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !