Ermənistan XİN sülh sənədi təkliflərini aldığını təsdiq edib

16:40 | 25.12.2023
Ermənistan XİN sülh sənədi təkliflərini aldığını təsdiq edib

Ermənistan XİN sülh sənədi təkliflərini aldığını təsdiq edib

Ermənistan sülh sənədi ilə bağlı növbəti təklifləri Rəsmi Bakıdan aldığını təsdiq edib. Bu barədə Ermənistan mətbuatı ölkənin xarici işlər nazirliyinin sözçüsü Ani Badalyana istinadan yazıb.  
 
Dekabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan televiziyasına müsahibəsində bildirib ki, sülh sənədi ilə bağlı təkliflər planı Ermənistana göndərilib. 
 
Noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın sülh müqaviləsi ilə bağlı təkliflərini Bakıya çatdırdığını bəyan edib.
 
2020-ci ilin noyabrında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti