Ermənistan yaranmış şansdan bəhrələnmək əvəzinə, siyasi manipulyasiya ilə məşğul olur - XİN

21:08 | 25.10.2023
Ermənistan yaranmış şansdan bəhrələnmək əvəzinə, siyasi manipulyasiya ilə məşğul olur - XİN

Ermənistan yaranmış şansdan bəhrələnmək əvəzinə, siyasi manipulyasiya ilə məşğul olur - XİN


Ermənistan xarici işlər naziri sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, növbəti dəfə siyasi manipulyasiya ilə məşğul olur.

Bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Kanadanın xarici işlər naziri Melani Colinin bəyanatlarına dair şərhində bildirilib.

Azərbaycana qarşı hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən və 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan və cəzasızlıqdan sui-istifadə edən bir ölkənin xarici işlər nazirinin Azərbaycanın öz suveren ərazilərində heç bir mülki əhalini hədəf almadan həyata keçirdiyi anti-terror tədbirini "təcavüz” və "etnik təmizləmə” əməli adlandırması yalan və saxta iddia kimi qəbuledilməzdir.

Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə, məhkəmə qərarlarının təhrif edilməsi cəhdidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM