“Ermənistanı yerində oturtduq” - İlham Əliyev

16:58 | 15.01.2015
“Ermənistanı yerində oturtduq” - İlham Əliyev

“Ermənistanı yerində oturtduq” - İlham Əliyev

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.

"Qafqazinfo” xəbər verir ki, konfransda çıxış edən İlham Əliyev bildirib ki, dünyada Azərbaycan-Türkiyə kimi bir-birinə yaxın ikinci ölkə yoxdur və bu birliyi təsdiq edən bir sıra məqamlar var:

"Bu il Türkiyədə tez-tez olacağam. Aprelin 24-ü Çanakkala zəfərini birgə qeyd edəcəyik. Bu tarixin seçilməsinə görə, öz və Azərbaycan xalqı adından sizə minnətdaram. Müdrik addımdır. Əminəm ki, bizim xalqlar bunu layiqincə qiymətləndirəcəklər.

Görüşdə bir çox məsələlər müzakirə olundu, qərarlar verildi, nazirlər öz aralarında görüşlər keçirdi. Müdafiə sahəsində əlaqələrimiz artır, Türkiyədən çoxlu silah-sürsat alırıq. Artıq Türkiyə ilə birgə Azərbaycanda müdafiə sənayesi məshullarının istehsalı ilə bağlı müzakirə apardıq. Türkiyə dünya miqyasında güc mərkəzidir. O nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Müdafiə sahəsində əməkdaşlığın güclənməsi üçün planlarımız var. Hərbi təlimlər mütamadi olaraq keçiriləcək.

Görüşdə həmçinin Dağlıq Qarabağ məsələsi də müzakirə olundu. Türkiyəyə mövqeyini dəyişmədiyi, haqqın, ədalətin, beynəlxalq hüququn, qardaşının yanında olduğu üçün minnətdaram.

Ermənistan sülh istəmir, Minsk qrupunun fəaliyyəti də bu işlərdə nəticə hasil etmir. Fəaliyyət var, əfsus ki, nəticə yoxdur. Keçən il müəyyən irəliləyiş əldə olundu, lakin Ermənistanın təxribat xarakterli davranışı, xüsusən noyabrda hərbi təlimlər keçirməsi, Azərbaycan mövqeyinə hücum çəkməsi Azərbaycan tərəfindən layiqli cavabını aldı, Ermənistanı yerində oturtduq”.

Ərdoğan isə bu il G-20 sammitinin Türkiyədə keçiriləcəyini və Azərbaycan dövlət başçısının da sammitə dəvətli olduğunu qeyd edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM