Ermənistan Zaqafqaziyada nəqliyyat komnukasiyalarını açmağa hazırdır - Paşinyan

17:16 | 07.06.2023
Ermənistan Zaqafqaziyada nəqliyyat komnukasiyalarını açmağa hazırdır - Paşinyan

Ermənistan Zaqafqaziyada nəqliyyat komnukasiyalarını açmağa hazırdır - Paşinyan

İrəvan Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmalar əsasında Zaqafqaziyada regional nəqliyyat kommunikasiyalarını açmağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

"Siz artıq regionda iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması üzrə üçtərəfli işçi qrupunu qeyd etdiniz. Deyə bilərik ki, son görüşdə kifayət qədər nəzərəçarpacaq irəliləyiş qeydə alınıb", - Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə bildirib. 


"Mən bir daha Ermənistan Respublikasının bu kommunikasiyaların keçdiyi tərəflərin yurisdiksiyasının suverenliyi prinsipi çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm", - o əlavə edib.

Paşinyan izah edib ki, söhbət Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatının doqquzuncu bəndində əksini tapmış kommunikasiyalardan gedir.
 
"Ümid edirəm ki, biz konkret qərarlara gələ biləcəyik”, - Paşinyan bildirib.

Ermənistanın baş naziri əlavə edib ki, son iki ildə işlənmiş kompromis həll yolları müzakirə olunur.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM