Ermənistana casusluqda təqsirləndirilən şəxs 17,5 il müddətinə həbs edilib

16:26 | 30.11.2023
Ermənistana casusluqda təqsirləndirilən şəxs 17,5 il müddətinə həbs edilib

Ermənistana casusluqda təqsirləndirilən şəxs 17,5 il müddətinə həbs edilib

 Bakı Ağır Cinayətlər Məhkəməsi dövlətə xəyanətdə təqsirləndirilən Aydın Zəkiyevi 17,5 il müddətinə azadlıqdan məhrum edib.

O, 2021-ci ilin oktyabrında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq müəyyən edib ki, Zəkiyev Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqla məşğul olub və üçüncü dövlətlərin ərazisində onların nümayəndələri ilə görüşüb.

Ermənistan tərəfinin göstərişi ilə Zəkiyev Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin tərkibi haqqında məlumat toplayıb və ötürüb.

Bundan başqa, o, Ermənistandan ona göndərilən Azərbaycanda etnik ədavətin qızışdırılmasına yönəlmiş mətnləri də yayıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM