Ermənistanda cənub dairəsinin Rusiya hərbi baza qüvvələri, Kaxmud və Alagöz təlim-məşq komplekslərində komanda-qərargah son mərhələsinə keçid edilib.
Təlimlərə 600 hərbiçi və 150-yə yaxın hərbi texnika cəlb edilib. Təlimlərdə əsas hissəsi dəniz səviyyəsindən 2 metr yuxarıda olan Alagöz təlim-məşq kompleksində baş verib.
Rusiya hərbi bazasının qüvvələri müdafiə xəttində mövqeləri qoruduqdan sonra əks hücuma keçərək şərti rəqibi məhv ediblər.
Təlimlərə başçılıq edən general-mayor Andrey Muraşkin bildirib ki, təlimlərdə ordu üçün əsas vəzifə taktiki və döyüş hazırlığı, eləcə də real hərbi tapşırıqları həyata keçirmə bacarığının artırılmasıdır.
Qeyd edək ki, rus ordusunun genişmiqyaslı təlimləri martın 30-dan start götürüb. //ANS
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !