Ermənistanda baş verənləri diqqətlə izləyirik - Makron

10:21 | 25.09.2023
Ermənistanda baş verənləri diqqətlə izləyirik - Makron

Ermənistanda baş verənləri diqqətlə izləyirik - Makron

Fransa Azərbaycanın Qarabağdakı hərbi əməliyyatı fonunda Ermənistanın ərazi bütövlüyünə əməl olunmasını diqqətlə izlədiyini açıqlayıb. Bunu TF1 və France 2 telekanallarına müsahibəsində respublika prezidenti Emmanuel Makron deyib.

"Fransa bu gün Ermənistanın ərazi bütövlüyünü çox diqqətlə izləyir. Ermənistanın bütövlüyünə hər hansı təhlükə yaranarsa, Fransa "erməni xalqının tərəfində və beynəlxalq hüquqa riayət etmək üçün” hərəkət edəcək", - o bildirib. 
 
Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, Makron Laçın yolundan iki ay gözləyib, geriyə kor - peşman qayıdan Tır aksiyasını Əliyevin onu sındırmasi kimi qəbul edərək, çox əsəbiləşib.
 
"Makron yenidən Azərbaycanın Qarabağdakı hərbi əməliyyatını qəbuledilməz hesab edib. Qarabag ermənilərinə humanitar yardım göstərmək üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb və Qarabağ ermənilərinin hüquqlarına hörmət edilməli olduğunu vurğulayıb. Humanitar yardım, ümumiyyətlə dünyada humanitar adı ilə nə varsa, siyasi məqsədləri pərdələmək üçün mövcuddur. Nə yazıq ki, Makron təkcə Avropanın mərkəzi gücü kimi deyil, BMT TS+nin daimi üzvü kimi də sülhə çox pis zərbə vurmağa davam edir", - şərhçi deyib.
 
Politoloq deyir ki, sentyabrın 19-da lokal hərbi akt zamanı Fransa prezidenti Ermənistan liderinə ilk zəng edənlərdən biri olub. Həmin telefon danışığı zamanı Makron Nikol Paşinyana məlumat verib ki, Fransa BMT Təhlükəsizlik Şurasında təcili iclas keçirməyə təşəbbüs göstərir.

"Ermənistan hökumətinin məlumatına görə, Makron və Paşinyan arasında müzakirə mövzusu Qarabağdakı vəziyyət olub. Hər iki tərəf güc tətbiqinin yolverilməzliyini və gərginliyin azaldılması üçün beynəlxalq mexanizmlərdən istifadənin zəruriliyini vurğulayıb. Hansı beynəlxalq mexanizm - xatırlayırıq ki, Ararat Mirzoyan BMT-dəki dinləmələrdə dərhal təklif etdi ki, Qarabağa BMt sülhməramlıları adıyla beynəlxalq müşahidəçi ordusu/mandat/ yerləşdirilsin. Deməli, başa düşdük ki,. Mirzoyana həmin tezisi kim verib. Sentyabrın 20-də Makron hətta tvitdə yazıb ki, o, Azərbaycanın Qarabağda güc tətbiq etməsini qətiyyətlə pisləyir. "Hücum dərhal dayandırılmalı, sakinlərin hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr bərpa edilməlidir", - Makron bildirib. O, baş nazir Paşinyanla sıx əlaqədə olduğunu bildirib. Çox həyasız addım olmaqla yanaşı, Afrikada bu günün özündə qırdıqları barədə söz açmağa ehtiyac da görmür", -şərhçi bildirib. 
 
Fransa Qarabağda yaşayan ermənilər üçün Azərbaycanın icazəsini almadan humanitar yardım göndərib. Lakin Rəsmi Bakı bu yardımın Qarabağa keçməsinə icazə verməyib. 
 
Bundan əvvəl də, Ermənistan Qarabağa Laçın dəhlizi vasitəsilə humanitar yardım göstərməyə cəhd edib. Azərbaycan tərəfi bildirib ki, razılaşamaya görə həmin yüklər Ağdam-Xankəndi yolu ilə Xankəndinə çatdırıla bilər. 
 
Sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın dəhlizi və Ağdam yolu ilə ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılmasını həyata keçirdiyini açıqlayıb. 
 
Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu yük maşını  Ağdam rayonundan keçərək  Ağdam-Əskəran yolu ilə Xankəndinə çatdırılıb. 
 
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
 
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yük olub.  
 
Gülnar Nazimqızı 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti