İrəvan yenə qaynayır. Bu qaynama inkişafla bağlı deyil, əksinə, iqtidarın insanların qanayan yarasını qaynatmaqla bağlıdır. Ölkə ictimaiyyəti elektrik enerjisi tariflərinin artmasına qarşı etiraz edir.
ANS PRESS-in məlumatına görə, Ermənistan paytaxtında ötən axşam minlərlə insan hakimiyyətdən elektrik enerjisinin qiymətlərini qaldırmamağı tələb etmək üçün Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçıları bu dəfə Serj iqtidarını istefaya səsləyən transparantlarla çıxıblar. Onlar işığın tariflərinin artım planlarını haqsız adlandıraraq, hakimiyyəti xalqdan intiqam almamağa, belə qeyri-insani davranışlardan əl çəkməyə, millətin xeyrinə ölçü götürülməsinə çağırıblar.
Etiraz aksiyasının iştirakçıları Ermənistan prezidentinə və baş nazirinə yönəlik tələblərini səsləndiriblər. Onlar, Serj Sərkisyana və Ovik Abramyana səhv yolda olduqlarını, ölkənin, vətəndaşların indiki bərbad günündə tarifləri qaldırmağın onlar üçün faciə olacağını xatırladıb, bütün bunları dərk edərək qiymətlərin azladılmasına nail olmaq üçün yeni yollar tapmağa çağırıblar. Onlar xəbərdarlıq ediblər ki, əks təqdirdə, aksiyalar bütün ölkəni bürüyəcək, hətta vətəndaş itaətsizliyi göstəriləcək.
Diqqəti çəkən məqam odur ki, aksiyaya adi insanlarla yanaşı, əsas müxalifət partiyaları və Ermənistanın qeyri-hökumət təşkilatları da dəstək verirlər.
Təntənəli yürüş başlayan andan aksiya təşkilatçıları elan ediblər ki, növbəti nümayiş daha geniş şəkildə iyunun 19-dakeçiriləcək. Elektrik enerjisi qiymətlərinin artırılmasına qarşı yönəldilmiş mitinqlər və təntənəli yürüşlər Ermənistanın başqa şəhərlərində də təşkil olunacaq.
Məlumdur ki, "Ermənistanın Elektrik Şəbəkələri" (EEŞ) şirkəti işığın tarifinin 40 faizdən çox artırılması ilə bağlı Tarif Şurasına müraciət edib. EEŞ nümayəndələri belə addımın bu sahənin zərərlə işləməsi ilə əlaqələndirirlər. Xalq, ölkənin köklü siyasi və ictimai dairələri isə buna qarşıdır...
Vətəndaş birliklərinin və müxalifət nümayəndələrinin fikrincə, elektrik enerjisinə tariflər onsuz da ölkədə kifayət qədər yüksəkdir. Amma EEŞ rəhbərləri oğurladıqları, korrupsiyadan qazandıqları pulların yerini istehlakçıların hesabına kompensasiya etmək istəyirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !