Bu barədə prokurorluğun ictimai əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, baş prokuror Artur Davtyana mətbuatda dərc olunan xəbərlərlə bağlı sual ünvanlanıb. Suallar Ermənistan silahlı qüvvələrinin sabiq Baş Qərargah rəisi, hazırda KTMT baş katibi olan Yuri Xaçaturov tərəfindən qanunuz mənimsəmələrə himayədarlıq edilməsi, ikincisi Ermənistanın Müdafiə Nazirliyinin "arxa cəbhə” idarəsinin rəisi Norayr Yolçyanın 3.5 milyon dəyərində mənzil və 600 min ABŞ dolları dəyərində lift alması, üçüncüsü isə təkrarən Yuri Xaçaturovun korrupsiya faktları ilə bağlı olub.
Məlum olub ki, Müdafiə Nazirliyində korrupsiya və mənimsəmə faktları ilə bağlı açılan cinayət işləri çərçivəsində Xaçaturov və digərlərinin korrupsiya əməllərinə dair faktlar araşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !