ABŞ və Ermənistan arasında birgə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə və Bakı ilə İrəvan arasında qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə vermir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Sentyabrın 6-da məlum olub ki, ABŞ və Ermənistan birgə "EAGLE PARTNER 2023" hərbi təlimləri keçirəcək. Tədbir 11-20 sentyabr tarixlərində Zar mərkəzində Ermənistan ərazisində beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində baş tutacaq.
Sentyabrın 2-də axşam İtaliyanın "La Repubblica” qəzeti Paşinyanın müsahibəsini dərc edib. Orada o, Rusiyanın özünün tədricən Cənubi Qafqazdan çəkildiyini bəyan edib.
Bundan əvvəl Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !