Ermənistanın iddialarının heç bir əsası yoxdur - XİN

16:24 | 06.04.2024
Ermənistanın iddialarının heç bir əsası yoxdur - XİN

Ermənistanın iddialarının heç bir əsası yoxdur - XİN

Ermənistanın Bakının məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməyinin heç bir əsası yoxdur. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin son hərbi təxribatlar ilə bağlı bəyanatını şərh edərkən bildirib.
 
Bu gün Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı sərhəddə baş verən hadisələrə görə ittiham edərək Azərbaycanı sülhə çağırıb. 

"Ermənistan tərəfinin son bir neçə gün ərzində müntəzəm şəkildə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə qarşı törətdiyi hərbi təxribatlardan, müxtəlif istiqamətlərdə hərbi qüvvələr cəmləşdirmək kimi addımlarından fikir yayındırmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi Bakını məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu iddialarının heç bir əsası yoxdur.
Azərbaycanla sərhədyanı bölgələrdə Ermənistan tərəfindən hərbi istehkamlar qurulmasının hərbi islahatlar ilə əlaqələndirilməsinə, bununla yanaşı, Ermənistan tərəfindən kütləvi silahlanma siyasətinin onların suveren hüququ olması barədə fikirlərə gəldikdə, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və Azərbaycana qarşı təhlükə yaratdığı hər kəsə aydın olmalıdır", - Hacızadə deyib.
 
Müdafiə Nazirliyi açıqlama verərək Azərbaycan ordusunun mövqeləri Tovuz, Kəlbəcər, Daşkəsən, Laçın istiqamətində mövqeləri 30 dəfə Ermənistan Ordusu tərəfindən atəşə tutulduğunu deyib.



 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM