• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Ermənistanın əsassız bəyanatını rədd edirik-XİN

Ermənistanın əsassız bəyanatını rədd edirik-XİN
30.05.2023 08:37
Pezident İlham Əliyevin Laçın rayonunda 28 may 2023-cü il tarixində səsləndirdiyi fikirlərə və çağırışlara istinadən Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən növbəti dəfə verilmiş qərəz dolu əsassız bəyanatı qətiyyətlə rədd edilir. Bu barədə  Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirib.

"Ermənistan tərəfinin bu bəyanatı, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, şəhər və kəndləri viran qoyan Ermənistanın, bu əraziləri işğaldan azad etdikdən sonra yenidənqurma işləri aparan, ərazilərdən kütləvi şəkildə vəhşicəsinə qovulmuş əhalinin geri qayıtması üçün bütün şəraiti yaradan Azərbaycanın qısa müddətdə gördüyü işləri həzm edə bilməməsinin təzahürüdür.

Görünür ki, Ermənistan bununla eyni zamanda, işğalına 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq son qoyulduğu Laçından öz qüvvələrini çıxararkən bu ərazilərə dinc sakinlərin geri qayıtmasına maneçilik törətmək məqsədilə 2700-dən artıq mina yerləşdirməsi və evlərə mina tələlər qoyması kimi əməllərini də, ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır", - Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Azərbaycan Respublikasının Prezidentinin ərazi bütövlüyü və suverenliyə hörmət edilməsinin zəruri olduğuna, Azərbaycanın daxili işlərinə qarışmağın qəbuledilməzliyinə və bölgədə separatçılığın təşviq edilməsinə xidmət edən addımların qarşısının qətiyyətlə alınmasına istiqamətlənən çağırışlarının Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən qəsdən təhrif edilməsi Ermənistan XİN-in tarixdən dərs çıxartmadığını nümayiş etdirir.

BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycana qarşı təcavüz aktı törədən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini heçə sayaraq işğala son qoymayan Ermənistanın Azərbaycanın güc tətbiq etməklə hədə törətdiyini iddia etməsi gülüncdür", - nazirlikdən əlavə edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol