Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən "Environmental Protection First” Koalisiyası 2024-cü ildə azərbaycan, ingilis və erməni dillərində tərtib etdiyi "Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritənin bazasında yeni rəqəmsal xəritə işləyir.
Bu barədə Koalisiyaya üzv "Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.
O, bildirib ki, rəqəmsal xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazi, əsas çirkləndiricilər olan mineral-xammal müəssisələri, onun istismarını aparan şirkətlər, əsas çirkləndiricilər, ətraf mühitə təsir haqqında məlumat, müəssisələrin yerləşmə yerləri, kosmik şəkillər öz əksini tapacaq:
"Xəritə "WGS-84” koordinat sistemində, altlığı isə kosmik və topoqrafik görüntülü olacaq. Yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyik”.
"Koalisiya üzvlərimiz fəal işləyir, bir gün də olsun, dayanmamışıq. Biz Ermənistan ictimaiyyətindən gizlədilən həqiqətləri də açmışıq. Daxil olan siqnallar göstərir ki, Ermənistanda ötən il internetə yerləşdirdiyimiz erməni dilində "Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə hər yerdən yığışdırılır. Baş verən ekoloji cinayətləri dayandırmaq, faktlara cavab vermək əvəzinə, Ermənistan hakimiyyəti faktları ört-basdır etməyə çalışır, daxildə etiraz edənlərə dərhal "satqın”, "Azərbaycana işləyənlər” damğası vurur. Ermənistanın ixtiyarı yoxdur ki, bütün bölgəni heç bir ekoloji norma və standartlar gözlənilmədən zəhərləsin”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !