Ermənistanın müdafiə naziri “Artsax Respublikası” sözünü qadağan edib

12:06 | 16.03.2023
Ermənistanın müdafiə naziri “Artsax Respublikası” sözünü qadağan edib

Ermənistanın müdafiə naziri “Artsax Respublikası” sözünü qadağan edib

Ermənistanın yeni təyin olunan müdafiə naziri Suren Papikyan "Artsax Respublikası” ifadəsini işlətməyi qadağan edib. Bu barədə Ermənistan "hraparak" nəşri yazıb. 
 
Nəşr yazdığına görə, nazir bununla bağlı əmr də imzalayıb.
 
"Nazirin yazılı əmri bölmələrə göndərilib "Artsax Respublikası" sözünü leksikondan çıxarmaq, yalnız "Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır", - əmrdə qeyd olunub. 
 
Sayt yazır ki, yeni təyin olunmuş hərbi zabitin əmri oradan keçən zabitlərin böyük narazılığına səbəb olsa da, Ermənistanda da bir çoxları kimi onlar da öz mövqelərinə üstünlük verərək susmağa üstünlük verirlər.
 
2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Qarabağa müvəqqəti 5 il müddətinə Rusiya sülhməramlıları yerləşdirilib. Hazırda onların fəaliyyətinin 2 il 2 ayı başa çatıb. 
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM