Ermənistanın təqdim etdiyi mina xəritələri yararsızdır - ANAMA

14:09 | 24.06.2024
Ermənistanın təqdim etdiyi  mina xəritələri yararsızdır - ANAMA

Ermənistanın təqdim etdiyi mina xəritələri yararsızdır - ANAMA

Ermənistanın Azərbaycana ötürdüyü minalanmış xəritələr yalnız keçmiş döyüş xəttinin ərazisini əhatə edir və son dərəcə aşağı dəqiqliyə malikdir. Bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən konfransda deyib.

"Bu məlumatları emal etdikdən sonra məlum oldu ki, onların dəqiqli əmsalı 25 faizi ötmür. Bu, çox aşağı rəqəmdir. Məlumatlar yalnız keçmiş təmas xəttini əhatə edir”,  -  Süleymanov bildirib. 


Süleymanov onu da əlavə edib ki,  "bu il minatəmizləmə üzrə illik plan 60 min hektar təşkil edir. Alınan müraciətlərin sayı 400 mini keçir. Xankəndində çoxlu sayda bubi tələləri aşkar edilib”.

ANAMA-dan verilən məlumata görə, iyunun 17-dən 23-dək Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd,
Qubadlı və  Zəngilan rayonlarında 79 piyada əleyhinə mina, 108 tank əleyhinə mina, 204 partlamamış hərbi sursat aşkar edilib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb