Ermənistan və Azərbaycan Tavuş bölgəsində sərhəd hissəsinin delimitasiyası işlərinin 50%-dən çoxunu başa çatdırıb. Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
"Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb",- məlumatda deyilir.
Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Hər iki ölkə arasında delimitasiya prosesinə artıq başlanılıb.
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !