Ermənistanla sülh sazişi nə vaxt bağlana bilər? - Prezidentin xüsusi nümayəndəsindən açıqlamalar

09:57 | 07.08.2024
Ermənistanla sülh sazişi nə vaxt bağlana bilər?  - Prezidentin xüsusi nümayəndəsindən açıqlamalar

Ermənistanla sülh sazişi nə vaxt bağlana bilər? - Prezidentin xüsusi nümayəndəsindən açıqlamalar

Ermənistan Konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün deyil. Bunu bir neçə gün əvvəl Vaşinqtonda danışıqlar aparan Azərbaycan prezidentinin köməkçisi Elçin Əmirbəyov "Azadlıq” radiosunun bölgə müxbiri Coşua Kuçerə ilə müsahibəsində səsləndirib.

"Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Biz əmin olmaq istəyirik ki, Ermənistanla sülh sazişi gələcəkdə revanşizmə qayıtmağı və ya şahidi olduğumuz Azərbaycana qarşı hər hansı ərazi iddialarını mümkünsüz edəcək. Bizim üçün qəbuledilməzdir ki, Ermənistan sülh danışıqlarını və müqavilənin yekun imzalanmasını hərbi potensialını gücləndirmək və bu hekayəni yenidən başlamağa yönəlmiş pozuculuq taktikası kimi qiymətləndirir”,  -  o bildirib.

Bu müsahibədən bir neçə gün əvvəl Əmirbəyov Vaşinqtona səfərini başa vurub və orada yüksək rütbəli Amerika rəsmiləri, o cümlədən dövlət katibinin köməkçisi Ceyms O'Brayenlə danışıqlar aparıb.

Bu səfərin əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatını müzakirə etmək olub.

Məlum olduğu kimi, Amerika rəsmiləri tərəfləri tezliklə sülh müqaviləsi imzalamağa çağırır.
 
Lakin Elçin Əmirbəyovun müsahibəsindən aydın olur ki, rəsmi Bakının mövqeyi dəyişməyib və Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəanı öz Konstitusiyasından çıxarmayana qədər sülh müqaviləsinin imzalanması mümkün deyil. Yəni  Qərbin ümid etdiyi kimi, COP29-un kənarında sülh müqaviləsi imzalanmayacaq.
 
Ermənistan yeni Konstitusiya layihəsinin hazırlanması və qəbulunu 2027-ci ilə planlaşdırılır.

"Sülh danışıqlarının mümkün qədər tez başa çatdırılmasının və ola bilsin ki, noyabrda COP29-da saziş layihəsinin imzalanmasının vacibliyi ilə bağlı razılıq var. Amma hesab edirik ki, Ermənistan Konstitusiyasında təsbit olunan Azərbaycana qarşı ərazi iddialarına istinad etmədən bunun mənası olmayacaq. Üstəlik, hesab edirəm ki, bu, əks-məhsuldar ola bilər, çünki saziş layihəsi tələsik imzalansa və hüquqi maneələr qalsa gələcəkdə regionda qüvvələr nisbəti onların xeyrinə dəyişdikdə Ermənistana ərazi iddialarını bərpa etmək imkanı verə bilər ”, -  Əmirbəyov bildirib.

Hazırda müzakirə olunan hazırkı sülh müqaviləsi layihəsində tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmaması ilə bağlı bənd var. Tərəflər həmçinin razılaşırlar ki, sülh müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən öz daxili qanunvericiliklərinə istinad etməyəcəklər.
 
Lakin Azərbaycan tərəfi bununla kifayətlənmir və bu müddəanın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Prezidentin xüsusi nümayəndəsi "Azadlıq” radiosuna müsahibəsində Bakının bu tələbini belə əsaslandırararq əlavə edib ki, mövcud Konstitusiya dəyişməsə Ermənistanda hakimiyyətə gələcək yeni rəhbərlik sülh müqaviləsini poza bilər. 

"Mövcud Konstitusiyanı dəyişməz qoysaq və ya ona etinasız yanaşsaq, bu o deməkdir ki, biz sülh sazişi imzalasaq belə, yeni hökumət gəlib onu ləğv edə bilər, çünki bu sənəd texniki baxımdan eyni mövcud Konstitusiyaya ziddir. Ermənistanın Konstitusiya Məhkəməsi də sülh sazişinin qeyri-qanuni olduğu barədə qərar çıxara bilər, çünki ölkənin əsas qanununda başqa müddəalar təsbit olunub”, -  Əmirbekov bildirib.

İrəvan bir neçə aydır ki, Konstitusiyanın dəyişdirilməsinin Ermənistanın daxili işi olduğunu israr edir. Eyni zamanda, baş nazir Paşinyan bu ilin əvvəlində ölkənin tamamilə fərqli Əsas Qanuna ehtiyacı olduğunu bildirib. İki ay əvvəl Ermənistan hökumətinin başçısı 2026-cı ilin sonuna kimi sənəd layihəsinin işlənib hazırlanması və təsdiq edilməsi barədə göstəriş verib.

Əmirbəyovun sözlərinə görə, Paşinyan Azərbaycan hökumətinin nümayəndələri ilə də bu məsələni müzakirə edib.

"Ermənistan arqument irəli sürmək istəyir ki, bu, siyasi baxımdan çox çətin prosesdir və  Konstitusiya layihəsi yalnız 2027-ci ildə hazır ola bilər. Çox yaxşı, bu da variantdır, amma  dünya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin  imzalanmasını bu qədər gözləməyə hazırdırmı? Çünki aydındır ki, yeni hökumətin ləğv edə biləcəyi bir kağız parçasına tələsməyə və imza atmağa ehtiyac yoxdur”, - prezidentin xüsusi nümayəndəsi bildirib.

"Ermənistan yeni Konstitusiya hazırlamaq istəyirsə, bu, onun daxili işi və hüququdur, biz preambulanın dəyişdirilməsindən danışırıq və bu illərlə müzakirə tələb etmir”, - Əmirbəyov vurğulayıb. .

Onun fikrincə, digər problemli məsələ "dağıdılmalı olan ATƏT-in Minsk Qrupu”, o cümlədən Ermənistanın beynəlxalq məhkəmələrdə qaldırdığı iddialardır ki, Azərbaycanın da burada ərazi ambisiyaları var.

Əmirbəyovun sözlərinə görə, Ermənistan yalnız sülh müqaviləsi imzalandıqdan sonra bu məsələlərin həlli yollarını tapmağa razılaşıb. Onun sözlərinə görə, tərəflər Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yol və ya "Zəngəzur dəhlizi” ilə bağlı da qarşılıqlı məqbul variant tapıblar.

"Biz başa düşdük ki, əgər Konstitusiya məsələsinə əlavə olaraq, başqa bir fikir ayrılığını - nəqliyyat kommunikasiyalarının açılmasını qoysaq, yaxın gələcəkdə sülh sazişi bağlaya bilməyəcəyik. Ona görə də qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və sonrakı mərhələdə ona qayıtmaq qərarına gəldik”, -  Əmirbəyov qeyd edib.
 
O bildirib ki, sülh sazişi imzalanandan sonra iki nümayəndə heyəti və ya iki ölkə Azərbaycanla Naxçıvan arasında ünsiyyətin bərpası üçün məqbul formul tapmaq üçün danışıqları bərpa edə bilər.

Eyni zamanda, o vurğulayıb ki, Azərbaycanla sülh Ermənistana Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün yeni imkanlar açacaq.

Azərbaycan diplomatı ötən həftə sərhəddə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünü xatırladaraq vurğulayıb: Ankara bir daha nümayiş etdirdi ki, İrəvan Bakıdan yan keçməklə onunla münasibətləri tənzimləyə biləcəyinə inanaraq vaxt itirir.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM