Yaxın günlərdə Ermənistanın nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə danışıqların keçirilməsi planlaşdırılır. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Münxen Təhlükəsizlik Konfrasında Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında baş tutan görüşdən sonra sülh imzalanması istiqamətində yenidən prosesə start verilməsi qərarı verilib. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır",- xarici işlər naziri fevralın 26-da Xocalı soyqırımı ilə bağlı "ana haray" abidəsini ziyarət edərkən jurnalistlərin suallarına cavab verərkən bildirib.
Fevralın 22-də Rəsmi Bakı Ermənistana sülh sənədinin yeni variantını verdiyini açıqlayıb.
Bir gün sonra Ermənistanın baş naziri iki ölkə sərhəddində gərginliyi əsas gətirərək Azərbaycanla sülhə hazır olmadığını bəyan edib.
Fevralın 12-də Dövlət Sərhəd Xidmətinin əməkdaşı Zəngilan istiqamətində Ermənistan Silahı Qüvvələrinin atəşə tutması nəticəsində yaralanıb. Daha sonra hər iki ölkənin sərhəd bölgəsində vəziyyətin gərginləşməsi baş verib. Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasını təsdiq edib.
2023-cü ilin payızında keçirilən antiterror əməliyyatından sonra bu Qarabağ regionunda tərəflər arasında yaşanan ilk gərginlikdir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !