İsveçrə Birləşmiş Bankı dünyanın 71 şəhərində ərzağın qiymətini araşdırıb. Araşdırma 39 məhsuldan (çörək, düyü, süd, ət, balıq, tərəvəz, içkilər və s.) ibarət istehlak səbətinə əsaslanıb. Transparency.az xəbər verir ki, bu sarıdan ən bahalı şəhər İsveçrənin Sürix şəhəridir. Bu şəhərdə 39 məhsuldan ibarət istehlak səbəti 738 dollara başa gəlir.
İkinci yerdə Seul, 3-cü yerdə Nyu-York dayanır.
Ən bahalı şəhərlər sırasında Cenevrə, Mayami, Tokio, London, Sidney və Oslo da var.
Bankın araşdırmasına əsasən, Ukraynanın paytaxtı Kiyev 166 dollarla ən ucuz şəhərdir.
Sofiyada istehlak səbəti 214, Buxarestdə 248, Praqada 251, Varşavada 253, Moskvada 336 dollaradır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !