Əsəd Palmira üçün əmr verdi

11:43 | 10.07.2015
Əsəd Palmira üçün əmr verdi

Əsəd Palmira üçün əmr verdi

Suriya ordusunun İŞİD-in əlinə keçən antik şəhər Palmiranı geri almaq üçün hərbi əməliyyatlara başladığı deyilir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İŞİD 2 min illik Roma əsərlərinin saxlandığı antik şəhər olan Palmiranı may ayında işğal etmişdi. Təşkilat ən son antik teatrda 25 suriyalı əsgəri necə qətlə yetirdiklərinini video-görüntüsünü yaymışdı.

Hazırda Əsəd ordusu Palmiranı, eləcə də ona yaxın Tedmur qəsəbəsini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlardan ilk görüntülər də paylaşılıb. Suriya ordusunun tankları və əsgərləri qəsəbə yaxınlığındakı düzənlikdə irəlilədiyi nümayiş olunub.
 
 

Ordu rəsmilərinin yaydığı son məlumatlara görə, Palmira sərhədində yerləşən Təl Al Marmala vı Nuzl Hayal qəsəbələri ilə birlikə şəhər mərkəzindən 10 km-lik yaxınlıqda olan təpələr də ələ keçirilib.

Nuray


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM