Estetik əməliyyatı keçirmək istəyənlər üçün qadağa

17:21 | 17.03.2015
Estetik əməliyyatı keçirmək istəyənlər üçün qadağa

Estetik əməliyyatı keçirmək istəyənlər üçün qadağa

Avstraliya Tibbi Birlik Komissiyası ölkədə günü-gündən artan estetik məqsədli cərrahi əməliyyatların önünü almaq üçün bəzi tədbirlərə əl atıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, estetik əməliyyat qərarı alan avstraliyalılar əməliyyata girməzdən əvvəl ən azı 7 gün yenidən düşünməli, 18 yaşdan aşağı şəxslər isə əməliyyata girməzdən əvvəl psixoloq qəbulunda olmalı və zehni baxımdan hər hansı bir probleminin olub-olmamasına dair arayış əldə etməlidirlər. Ölkənin əsas səhiyyə təşkilatının azyaşlı vətəndaşları ilə bağlı qərarı tək bununla bitmir. Hətta yeniyetmələr belə bir arayışlar əldə etsələr də, daha 3 ay fikirlərini qətiləşdirmək üçün düşünməlidirlər.

Bu ölkədə hər il estetik məqsədli əməliyyatlar üçün 1 milyon dollardan artıq pul xərclənir. Ölkədə hər il təxminən 8 min nəfər sinə əməliyyatı etdirir. Hər il 30 min avstraliyalı ayrı-ayrı bədən üzvlərinin dəyişdirilməsi məqsədilə bıçaq altına oturur.

Niyyətlərinin cəmiyyətin sağlamlığını qorumaq məqsədi daşıdığıdı deyən Avstraliya Tibbi Birlik Komissiyasının sədri Doktor Coanna Flin belə deyib: "Doktorlar üzərində lüzumsuz bürokratik yük qoymaq fikrində deyilik. Məqsədimiz sağlam cəmiyyət yaratmaq və vətəndaşlarımızı qorumaqdır".

ANN.Az



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM