Ət məhsullarına nəzarət gücləndiriləcək

16:03 | 13.03.2014
Ət məhsullarına nəzarət gücləndiriləcək

Ət məhsullarına nəzarət gücləndiriləcək

Dövlət Baytarlıq Xidməti artıq gücləndirilmiş iş rejiminə keçib.APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova deyib.DBX rəisi deyib ki, hər il bayramqabağı olduğu kimi, bu il də kənd təsərrüfatı naziri tərəfindən müvafiq əmr imzalanıb:“Xüsusən Bakı şəhərində təşkil olunan yarmarkalarda müvafiq göstərişlə səyyar sanitariya-ekspertiza laboratoriyaları xidmət göstərəcək”.Son iki ildə heyvanların quduzluğa yoluxması hallarının azalmasından danışan S.Rüstəmova bildirib ki, hansı rayonda quduzluq aşkarlanarsa, dərhal həmin rayonlara qurumun ekspedisiyaları ezam olunur:“Davamlı şəkildə vaksinasiya işləri aparılır. Hazırda vəziyyət stabildir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM