Etiraza səbəb ola biləcək verilişlərin yayımını dayandırıla bilər

19:06 | 08.06.2015
Etiraza səbəb ola biləcək verilişlərin yayımını dayandırıla bilər

Etiraza səbəb ola biləcək verilişlərin yayımını dayandırıla bilər

"Telekanallarda etiraza səbəb ola biləcək verilişlərin yayımının dayandırılması məsələsi gündəmdədir. "Televiziya və radio yayımı haqqında” qanunda edilən son dəyişikliklər buna imkan verir.  Təbii ki, biz səlahiyyətlərimiz çərçivəsində lazım olan işləri görəcəyik. Azərbaycan efirində - istər özəl, istər dövlət televiziyalarında keyfiyyətli verilişlərin olması üçün bizə verilən səlahiyyətlərdən istifadə edəcəyik”.
 
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. MTRŞ sədri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin ölkədə yayımlanan bəzi televiziyalarda fərqli azan vaxtlarının verilməsi və bunun məzhəblərarası mübahisələrə yol açması ilə bağlı fikirlərinə də münasibət bildirib: "Hər hansı telekanal azanı fərqli vaxtlarda efirə verirsə, buna uyğun tədbir görəcəyik. Ümumiyyətlə, Milli Televiziya və Radio Şurası kabel şəbəkəsində mövcud qanunvericiliyə uyğun olaraq, tədbirlər görmək niyyətindədir. Yəni kabel şəbəkəsində yalnız xarici ölkələrin milli yayımçı statusunda olan kanallar yayımlanmalıdır. Xarici ölkələrin kabel televiziyalarının, internet televiziyalarının Azərbaycanın kabel şəbəkəsində olması qeyri-qanunidir. Ona görə də tərəfimizdən müvafiq tədbirlər görüləcək”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM