"Eurovision - 2017” mahnı müsabiqəsinin keçiriləcəyi tarix açıqlanıb. Müsabiqənin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.
Bu barədə məlumatı müsabiqənin təşkilatçısı olan Ukrayna Milli Televiziya Kanalının mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, tədbirin keçiriləcəyi məkanın adı da bəlli olub. "Eurovision - 2017” mahnı müsabiqəsi Dneprin sol sahilində yerləşən beynəlxalq sərgi mərkəzində təşkil olunacaq. "Bütün səs-texniki avadanlıq mükəmməlləşdirilməlidir. Orada 12-14 min tamaşaçı olmalıdır. Ətrafda hər şey quraşdırılmalıdır – bu, landşaft dizaynıdır, bu, çay tramvayları ilə soldan sağ sahilə keçiddir”, - deyə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk bildirib.
Bu arada "Eurovision - 2017” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin sayı da açıqlanıb. 62-ci dəfə təşkil olunacaq müsabiqədə ümumilikdə 43 ölkə iştirak edəcək.
Qeyd edək ki, "Eurovision - 2016” müsabiqəsinin qalibi "1944” mahnısı ilə ukraynalı müğənni Camala olub. //Azərtac
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !