• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Sumqayıt "Evdə" fərdi təhsil məktəbində qanunsuzluqlara yol verənlərə cinayət işi açılıb

Sumqayıt
07.05.2024 15:52
Sumqayıt "Evdə" fərdi təhsil məktəbində qanunsuzluqlara yol verənlərə cinayət işi açılıb. Bu barədə vətəndaş müraciəti əsasında araşdırma aparılıb.
Bu barədə  Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
 
"Sumqayıt şəhər "Evdə" fərdi təhsil məktəbində yol verilən qanunsuzluqlar barədə vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilərək əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla ümumilikdə 250 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır", - məlumatda qeyd olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Cəmiyyət 23:06
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Cəmiyyət 20:00
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
Cəmiyyət 19:33
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Cəmiyyət 15:30
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Cəmiyyət 14:56
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Cəmiyyət 13:45
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Cəmiyyət 13:13
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Sabah 36 dərəcə isti olacaq
Cəmiyyət 12:55
Sabah 36 dərəcə isti olacaq
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Cəmiyyət 12:01
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol