Everestdə qar uçqunu: 16 nəfər ölüb

11:58 | 20.04.2014
Everestdə qar uçqunu: 16 nəfər ölüb

Everestdə qar uçqunu: 16 nəfər ölüb

Dünyanın ən uca zirvəsi hesab olunan Everestdə bədbəxt hadisə baş verib.

Dağ zirvəsində baş vermiş qar uçqunu 16 nəfərin ölümünə səbəb olub. Nepal xilasediciləri 13 nəfərin cəsədini qarın altından çıxara bilib.

Qeyd edək, aprelin 18-də baş vermiş qar uçqunu zamanı, ümumilikdə, 25 Nepal vətəndaşı qarın altında qalıb, lakin 7 nəfər sağ aşkarlanaraq xəstəxanaya çatdırılıb. Qalan 5 turistin axtarışları davam etdirilir. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM