Evlər kanalizasiya suları altında qaldı

09:16 | 14.11.2013
Evlər kanalizasiya suları altında qaldı

Evlər kanalizasiya suları altında qaldı

Qəzzanın cənubunda onlarla ev, bölgədəki tək tullantı su nasos stansiyasının vaxtında lazımi yanacaqla təmin edilməməsi səbəbindən kanalizasiya suları altında qalıb.

ANS PRESS-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Qəzza bələdiyyəsinin Kanalizasiya İşləri şöbəsinin müdiri Sadəddin əl-Atbaş bildirib ki, stansiyada yanacağın çatışmaması səbəbindən yaranan problemə görə, kanalizasiya sularının ətrafa yayılacağını gözlədiklərini və buna görə əhaliyə vaxtında xəbərdarlıq etdiklərini bildirib. 

Əl-Atbaş qeyd edib ki, təəssüf ki, Qəzza bələdiyyəsinin saatda 80 litr yanacağa ehtiyacı olan bu stansiyanı işlətmək imkanı yoxdur.

O, Ərəb ölkələri və beynəlxalq cəmiyyətə Qəzzanın qarşılaşdığı böyük bir ətraf mühit və səhiyyə fəlakəti ilə bağlı xəbərdarlıq edib və bu fəlakətin qarşısının alınması üçün təcili müdaxilə olunmasını tələb edib. 

Qəzzanın bələdiyyə sədri Rafiq Mekki də Qəzzadakı bütün bələdiyyə sədrlərinin iştirakı ilə keçirillən birgə mətbuat konfransında, beynəlxalq təşkilatlara, Ərəb ölkələrinə, bütün bələdiyyə başçılarına, Avropa Birliyinə təcili olaraq bölgənin yanacaq ehtiyacının qarşılanması və mümkün fəlakətinin qarşısının alınmasını tələb edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM