Evlərin qiyməti qalxacaqmı? - Ekspertdən açıqlama

12:34 | 04.03.2015
Evlərin qiyməti qalxacaqmı? - Ekspertdən açıqlama

Evlərin qiyməti qalxacaqmı? - Ekspertdən açıqlama


Manatın məzənnəsinin dollar nisbətdə aşağı düşməsindən sonra bir çox iqtisadi sahələrdə olduğu kimi daşınmaz əmlak bazarında da durğunluq yarandı. Alıcılar və satıcılar evlərin hansı qiymətlə satılması barədə tərəddüd edirlər.


Daşınmaz əmlak bazarında bu durğunluq nə vaxta kimi davam edəcək? Evlərin qiymətində artım varmı? Torpaq sahələrində qiymət artımı müşahidə olunacaqmı? Bu sualları cavablandırmaq üçün "MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimova üz tutduq.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov ANN.Az-a açıqlamasında bildirdi: "Son zamanlar baş verən hadisələr göstərir ki, təxminən 2-3 ay müddətində ev alqı-satqı bazarında durğunluq olacaq. Çünki manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsi hal-hazırda alıcıları və satıcıları çaşqınlıq vəziyyətinə salıb. Bu vəziyyət qısa müddətlikdir, qısa zaman fasiləsindən sonra, alqı-satqı mübadiləsi öz əvvəliki yerini tutacaq”.

Evlərin qiymət məsələsindən söz açan ekspert qeyd etdi ki, Rusiya, Ukrayna və bizə yaxın olan ölkələrdə baş verən hadisələri nəzərə alıb, deyə bilərik ki, Azərbaycanda evlərin alqı-satqı bazarında qiymət artımı olmayacaq: "Manatla satılan evlərdə ola bilər ki, qiymətlər cüzi şəkildə artsın, bu da satıcının öz istəyi əsasında ola bilər. Bu qiymət artımı da manatla ifadədə təxminən 5-6 % arta bilər. Amma dollarla alqı-satqı edilən daşınmaz əmlaklarda isə alıcılar dolların məzənnəsinin artması ilə razılaşa bilmirlər, ona görə də ən çox üstünlüyü və danışıqları manatla satılan evlərlə aparırlar. Qeyd etdiyim kimi alıcıların danışmaz əmlakla olan aktivliyi qısa müddətdə bərpa olunacaq”.

Torpaq sahələrinin qiymət artımı məsələsinə münasibət bildirən ekspert ifadə etdi ki, ötən ilin sonunda qeyd edilmişdi ki, torpaq sahələrində qiymət azalması 8-10 % müşahidə olunacaq. Amma fevral ayının sonunda baş verən proseslərdən bu fikrin tamamilə əksini göstərdi . Dollarla müqayisədə torpaq sahələrinin qiymətində cüzi azalma müşahidə olunsa da, ancaq manatla ifadadə qiymət azalmasından söhbət belə gedə bilməz.


Orxan Aslanlı

ANN.Az




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM