Pensiyaların artırılması büdcədə çətinlik yaratmayacaq - Ekspert

13:34 | 27.01.2015
Pensiyaların artırılması büdcədə çətinlik yaratmayacaq - Ekspert

Pensiyaların artırılması büdcədə çətinlik yaratmayacaq - Ekspert

Müəllimlərin əmək haqlarının artırılması, eyni zamanda sığorta hissəsinin indeksləşdirilməsi büdcəyə elə də böyük təsir etməyəcək və büdcədə hər hansısa kəsr yaratmayacaq.

  

Bunu iqtisadçı ekspert Vüqar Bayramov ANN.Az-ın əməkdaşının suallarını cavablandırarkən qeyd edib.

 

Ekspert Vüqar Bayramov bildirib ki, hər il əvvəlki ilin inflyasiyalarına uyğun olaraq pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir. Bu ondan ibarətdir ki, pensiyaların sığorta hissəsi əvvəlki ilə uyğunlaşdırılır. Nəzərə alsaq ki, pensiyalar baza və yığım hissəsindən ibarətdir. Prezidentin sərəncamında fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsi tapşırılıb. Fərdi uçot əmək pensiyası daxilində sosial ödənişləri nəzərdə tutur. Bu zaman sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesab, məsələn, praktik olaraq bu o deməkdir ki, əmək pensiyasında ödənişlər ilə yəni fərdi uçot üzrə ödənişlər belə fiksasiya ediləcək. Praktik olaraq bu imkan verəcək ki, fərdi uçotda olan vəsaitlər belə indeksləşdirilsin. Əmək pensiyası yaşa görə 3 hissədən ibarətdir: Baza hissəsi, sığorta hissəsi, yığım hissəsi. Məsələn, şəxs ailə başçısını itirdiyinə görə əmək pensiyası alırsa, bu baza və sığorta hissəsindən ibarətdir. Bu o deməkdir ki, pensiyalarda sığorta hissəsi birmənalı şəkildə öz əksini tapır. Sığorta hissəsinin hesablamaq üçün yaşa görə və əmək pensiyasına görə hesablamalar aparılır. Sığorta hissəsi sığorta məbləğinin formalaşdırılması üçün əsas hissələrdən biridir. Baza hissəsi bu əmək pensiyasının birinci hissəsidir və dövlət tərəfindən müəyyənləşdirilir. Sığorta hissəsi artıq bu sığortalanmış hissədir. Pensiyanın sığorta hissəsi hesablanan zaman sığortalanan fərdi hesabın sığorta hissəsindəki yaşa görə əmək pensiyasının qeydə alındığı pensiya kapitalı bütövlükdə pensiya alınan müddətə bölünür və həmin sığorta hissəsi tapılır. Sığorta hissəsinin mahiyyəti ondan ibarətdir ki, bu bir başa ödənilən ödənişlər hesabınadır və bu artıq prezidentin sərəncamına uyğun olaraq indeksləşdirilir. Bunun üstünlüyü ondan ibarətdir ki, bu artıq sığorta hissəsini yəni sığortlanan hissənin inflyasiyadan qoruyur və Bu imkan vermir ki, sığorta hissəsi inflyasiyaya məruz qalsın. Pensiyaların sığorta hissəsi pensiyaçılar üçün fərqlidir. Baza hissəsi eyni olsa da,yığım və sığorta hissəsi pensiyaçılar üçün fərqli olaraq müəyyənləşdirilir. Ödədiyi vəsaitdən asılı olaraq, bəzi pensiyaçılar üçün sığorta hissəsi yüksək, bəzilər üçün aşağıdır. Bütün hallarda sığorta məbləğinin hansı səviyyədə olmasından asılı olmayaraq, ölkə başçısının sərəncamı ilə praktik olaraq pensiyaların inflyasiyadan yəni qiymət artımından sığortalanması həyata keçirildi.

 

Vüqar Bayramov əmək pensiyaçılarının sığorta hissəsi indeksləşdirilməsinin büdcəyə təsir məsələsindən danışarkən qeyd etdi ki, hər il müvafiq olaraq ölkə başçısının sərəncamı ilə sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir. Ötən il 4,4% sığorta hissəsinin indeksləşdirilməsi büdcə üçün, eləcə də Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üçün ciddi bir ağırlıq yaratmadı. Nəzərə alsaq ki, prezident hər ilin yanvar ayında inflyasiya göstəricisinə uyğun olaraq pensiyanın sığorta hissəsinin indekləşdirilməsini həyata keçirir. Qeyd etmək istərdim ki, müəllimlərin əmək haqqlarının artırılması, eyni zamanda sığorta hissəsinin indeksləşdirilməsi büdcəyə elədə böyük təsir etməyək və büdcədə hər hansısa kəsr yaratmayacaq. Böyük çətinlik yaratmamasının əsas səbəbi odur ki, pensiya ödənişləri daxil olmaqla, bütün sosial proqramlar daxil olmaqla 2015-ci ildə büdcədən ayrılan vəsait 7 milyard manata yaxın olacaq. Bunun təxminən 5,9 milyard manatı birbaşa əmək haqqı və pensiya xərcləridir. Nəzərə alsaq ki, dövlət büdcəsinin gəlirləri 53,4%, yəni 10,3milyard manatı Dövlət Neft Fondu hesabına formalaşırsa, digər 35% qeyri-neft sektoru hesabına formalaşır. Bu o deməkdir ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirlərinin 88,4% təmin olunmuş gəlir mənbələridir. Bu baxımdan qeyri neft sektorunun ödənişləri belə sosial ödənişləri qapamağa imkan verir. 2015-ci ilin dövlət gəlirlərinin əhəmiyyətli hissəsi təmin olunmuş gəlirlər olduğu üçün büdcədə hər hansısa problemin olacağı gözlənilmir.

 

Orxan Aslanlı

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb