Faciə ilə bağlı telekanallar proqramlarında dəyişiklik edəcəkmi?
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov AzVision.az-a bildirib ki, gün ərzində televiziyada şou -proqramları təxirə salınacaq. Verlişlərdə diqqət baş verən faciə ilə bağlı hadisələrə yönəldiləcək.
M.Məmmədov həmçinin qeyd edib ki, proqramda dəyişikliklərin neçə gün davam edəcəyi ilə bağlı məlumatı yoxdur.
AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova da televiziyanın proqramında dəyişikliklər ediləcəyini deyib. "Bu gün axşam efirə gedəcək "Muğam müsabiqəsi” proqramını təxirə saldıq.
Baş verən faciəyə görə ATV də əyləncəli verilişləri təxirə salıb.
Dəyişikliyə əsasən bu gün saat 19:00-da "Gündəlik” verilişi və şou xarakterli digər proqramlar yayımlanmayacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !