“EyrAstana” Almatı-Bakı reysinin marşrutunu dəyişdirdi

Qazaxıstanın milli daşıyıcısı "EyrAstana” Rusiya hərbi-dəniz qüvvələrinin Xəzər dənizindəki gəmilərindən raket buraxılışı üzündən Almatı-Bakı-Almatı reysinin marşrutunu dəyişdi, "Astana” telekanalı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) bazar ertəsi, Xəzər dənizində yerləşən gəmilərdən buraxılan Rusiya raketləri barədə aviaşirkətlərə xəbərdarlıq edilən bülletenlər dərc edib.
Bülletendə Suriyaya çatmazdan öncə raketlərin Xəzər dənizi, İran və İraq üzərindəki kommersiya nəqliyyat təyyarələrinin uçuş marşrutlarından aşağı hava məkanından keçdiyi qeyd edilir. Agentlik bununla əlaqədar heç bir tövsiyə verməyib, sənəd sadəcə informasiya xarakteri daşıyır.
"Xəzər dənizi rayonunda vəziyyətlə əlaqədar "EyrAstana” Almatı-Bakı-Almatı reysinin marşrutunu dəyişib. Yaxın zamanda Almatı-Tbilisi-Almatı və Almatı-İstanbul reyslərinin də marşrutu dəyişə bilər. Təyyarələr Xəzər dənizindən tamamən yan keçməyə imkan verən yol ilə yönləndiriləcək”, - telekanalda bildirilib.
Məlumata əsasən, hal-hazırda "EyrAstana” Rusiya Federasiyasının ərazisindən keçəcək bu marşrutlar üçün icazə gözləyir.
Aviaşirkətdə bəyan ediblər ki, Almatı-Bakı reysinin uçuş müddəti trayektoriya artdığı üçün artıb, yanacaq sərfi də artıb, amma bu biletlərin qiymətində öz əksini tapmayacaq.
"Biz əlbəttə sərnişinlərdən buna anlayışla yanaşmalarını xahiş edirik, çünki bu uçuşların təhlükəsizliyi üçün həyata keçirilən tədbirdir”, - telekanala verdiyi müsahibəsində aviaşirkətin nümayəndəsi bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 