• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Əyri yola gedən məmurlar haqda prezidentə necə xəbər göndərmək olar?

Əyri yola gedən məmurlar haqda prezidentə necə xəbər göndərmək olar?
13.11.2019 14:04
Prezident İlham Əliyevin vətəndaşlara müraciəti gündəmin əsas müzakirə mövzularından biridir. 

Prezident yeni təyin etdiyi icra başçılarını qəbul edərkən vətəndaşlara xitabən bildirib: "Əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin".Prezidentin bu çağırışından sonra sosial şəbəkə istifadəçiləri prezidentə müraciət etmək, xəbər vermək üçün müxtəlif suallar səsləndiriblər. Bəs məmurların qanunsuz əməllərinin şahidi olan vətəndaşlar bu barədə ölkə başçısına necə məlumat verməlidir? Bunun bir neçə yolu var. 

1.  Məktub və teleqram vasitəsilə. Fəqət, bəzən vətəndaşlar bu üsuldan istifadə edərkən uğurlu nəticə əldə bilmirlər. Ona gör yox ki, vətəndaşların göndərdiyi məktub və teleqramlar oxunmur. Ona görə ki, yerli rəhbərlər poçtları nəzarətdə saxlayır və Prezidentə göndərilən şikayət dolu məktub və teleqramların qarşısını elə oradaca alırlar. Bu barədə mətbuatda da dəfələrlə yazılıb. Lakin bundan çıxış yolub var. Yaxşı olar ki, vətəndaşlar məktub və teleqramları xəbərnamə ilə göndərsinlər. Xəbərnamə göndərilən məktub və teleqramların ünvana çatdığını təsdiq edən sənəddir. Əgər vətəndaşa xəbərnamə gəlməyibsə, bu o deməkdir göndərdiyi məktub və teleqramlar ünvana çatmayıb.

2. Prezidentin rəsmi saytı:  Prezidentə müraciət etmək, məlumat vermək üçün başqa bir yol isə president.az saytı vasitəsilə ölkə başçısına məktub yazmaqdır. Bunun üçün president.az saytının "müraciətlər” bölümünə daxil olub orada "Prezidentə məktub yazmaq” düyməsinə tıklamaq lazımdır.  
Qeyd edək president.az saytı vasitəsilə ölkə başçısına göndərilən məktublara adətən reaksiya verilir.

3. Sosial media hesabı:  Üçüncü yol isə ölkə Prezidenti İlham Əliyevin sosial şəbəkədə olan hesablarının mesaj bölməsinə yazmaqdır. Prezidentin sosial media hesabları kifayət qədər aktivdir və burada yazılan əsaslı müraciətlərə reaksiya verilir.

4. Başqa bir yol isə mətbuatdır. Vətəndaşlar hansısa məmurun qanunsuz əməlləri ilə üzələşərsə, çəkinmədən mətbuat vasitəsilə ölkə başçısına müraciət edib baş verənləri onun diqqətinə çatdıra bilərlər. Prezident özü müsahibə və çıxışlarında dəfələrlə medianı izlədiyini bildirib. (​Yenisabah.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol