“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və onun həyat yoldaşı Prissilla San-Fransiskonun körfəz ərazisində yerləşən məktəblərdə təhsil səviyyəsinin yüksəldilməsinə 120 milyon dollar məbləğində kömək edəcək. Bu haqda Zukerberq öz “Facebook” səhifəsində yazıb. “ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Zukerberq bu addımını Silikon vadisinin bir hissəsi olan regionun təhsil müəssisələrində təhsillə bağlı vəziyyəti dəyişdirməklə əlaqələndirib. “Facebook”un banisi bu regionu dünyanın ən perspektivli məkanı adlandırıb. O deyib ki, məktəblilərin bilik səviyyəsi aşağı olduğuna görə universitetlərə daxil olmaqda çətinlik hiss olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !