Faciə: 5 yaşlı qızın əli doğrandı

12:44 | 21.04.2014
Faciə: 5 yaşlı qızın əli doğrandı

Faciə: 5 yaşlı qızın əli doğrandı

Nəzrin xəstəxanaya yerləşdirilib.Şamaxı rayonunda nəzarətsiz qalan azyaşlı uşaq bir əlini itirib.APA xəbər verir ki, hadisə şəhərin Mübariz Əliyev küçəsi 3 saylı ünvanda qeydə alınıb.2009-cu il təvəllüdlü Əliyeva Nəzrin Davud qızı mətbəxdə anasının yanında oynayarkən qəflətən əlini elektriklə işləyən ət maşınının içinə salıb. Maşın onun sol əlini doğrayıb.Təcili Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Nəzrin Əliyevanın əli amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM