Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
O, bu barədə "Report"a açıqlamasında məlumat verib.
Fazil Mustafa bildirib ki, bununla bağlı BQP Ali Məclisinin dekabrın 16-da keçirilən iclasında qərar qəbul olunub.
2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !