İstanbul Universitetinin doktorantı, hazırda saxta pul hazırlamaqda ittiham olunduğu üçün həbsdə 110 gündür aclıq edən iqtisadçı Fazil Qasımovun səhhəti pisləyib. Bu barədə Turan agentliyi məlumat yayıb.
Agentlik onun yaxınlarının verdiyi açıqlamaya istinad edərək qeyd edib ki, Qasımovun 2 gündür qızdırması yüksəlib.
"Fazil hər an komaya düşə bilər. Artıq bir dəri, bir sümükdən ibarətdir. İmmuniteti zəifləyib. Dünəndən Fazilin temperaturu 39 dərəcədən aşağı düşmür.",- Qasımovun qohumu bildirib.
Bir neçə gün öncə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən Gununsesinfo bildirilib ki, Fazil Qasımovun səhhəti stabildir.
İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana aparılıb və Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Onun həbsinin analoji ittihamlarla üzləşən Qubad İbadoğlunun işi ilə bağlı olduğu bildirilir.
Qubad İbadoğlu hazırda səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
Aytac
Onun həbsinin analoji ittihamlarla üzləşən Qubad İbadoğlunun işi ilə bağlı olduğu bildirilir.
Qubad İbadoğlu hazırda səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !