Fədayə Laçın məhkəmədə mahnı oxudu - Hökm elan olunacaq

16:56 | 26.12.2018
Fədayə Laçın məhkəmədə mahnı oxudu - Hökm elan olunacaq

Fədayə Laçın məhkəmədə mahnı oxudu - Hökm elan olunacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ceyhun Səmədov son söz deyib.

O, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxslər - Tural Poladxanov və Fuad Hacıyev də son sözlə çıxış edərək, barələrində şərti cəza seçilməsini istəyib. 

Hakimlər Kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib. 

Hakimlər müşavirədə olarkən müğənni Fədayə Laçın məhkəmədə "Xatırlayarsan, məni” mahnısını ifa edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM