Federasiyalar Yay Paralimpiya Oyunlarına görə narahatdır

Yaponiyadakı paralimpiya idmanı üzrə federasiyaların rəsmiləri və paralimpiyaçılar Tokio Yay Paralimpiya Oyunlarının keçirilməmə ehtimalından narahatlıqlarını bildiriblər.
Anews.az-ın məlumatına görə, yerli NHK agentliyi federasiyalar və idmançılar arasında sorğu keçirib.
Sorğudakı iştirak edənlərin 64 faizi koronavirus səbəbindən "Tokio-2020" üçün narahat olduqlarını söyləyiblər.
Onların sözlərinə görə, Oyunlar koronavirus pandemiyasının daha asan yayılmasına səbəb ola bilər.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 