“Fənərbaxça” cəzalandırıldı

13:40 | 06.12.2013
“Fənərbaxça” cəzalandırıldı

“Fənərbaxça” cəzalandırıldı

"Fənərbaxça"nın Türkiyə superliqasında "Beşiktaş"ı qəbul etdiyi matç meydan sahibləri üçün baha başa gəlib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sözügedən qarşılaşmada "Fənər"li azarkeşlər təhqiredici şüarlar səsləndirdiyi üçün klub Türkiyə Futbol Federasiyası tərəfindən bir oyunluq cəzalandırılıb.

Bundan başqa, "Fənər"ə 90 min türk lirəsi pul cəzası kəsilib.

Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" matçı 3:3 hesabı ilə başa çatmışdı.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM