Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, namizədlər arasında "Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal da var.
Onu da bildirək ki, Ərsun Yanal 2018-ci ilin dekabrından bu klubun başına keçib. Onun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, daha əvvəl ölkə mətbuatında rusiyalı Oleq Kononovun, xorvatiyalı Branko İvankoviçin, həmçinin italiyalılar – Covanni de Byazi, Luici di Byaco və Sezare Prandellinin AFFA-nın 32 nəfərdən ibarət namizədlər siyasıhında yer aldığı ortaya çıxıb.
Bu namizədlərdən Branko İvankoviç artıq özünə iş yeri tapıb. O, yanvarın 19-dan Oman millisinə baş məşqçi təyin olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !