Fərhad Əliyev Londonda oğlu ilə görüşüb

16:25 | 21.11.2013
Fərhad Əliyev Londonda oğlu ilə görüşüb

Fərhad Əliyev Londonda oğlu ilə görüşüb

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev azadlığa çıxandan sonra ilk dəfə oğlu Yusiflə görüşüb. Bunu “Media forum” saytına Fərhad Əliyevin yaxınları bildiriblər.

Məlumata görə, görüş Böyük Britaniyanın London şəhərində baş tutub. Fərhad Əliyev Londona xanımı ilə birlikdə gedib.

2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Yaxınlarının “Media forum”a dediyinə görə, Fərhad Əliyevin oğlu Yusif London İqtisadiyyat Məktəbində təhsil alır, bu məktəbdə isə təhsil intensiv keçirildiyi üçün sabiq nazir azadlığa çıxandan sonra oğlu Bakıya gələ bilməyib, ona görə də Fərhad Əliyev övladını görmək üçün Londona getməli olub.

Ailənin Bakıya nə vaxt dönəcəyi haqda “Media forum”a məlumat verilməyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM