Türkiyənin “Zaman” qəzetinin Fəthullah Güləndən götürdüyün müsahibənin 2-ci hissəsində Gülənə aid olduğu idda olunan otaq şəkli nümayiş olunub. ANS PRESS-in xəbərinə görə, şəkildəki kiçik otaq sadəcə 1 yataqdan ibarətdir. Şəkildə isə diqqəti cəlb edən başqa bir məqam var. Belə ki, Gülənin yatarkən ayağını uzatdığı divarda Quran ayəsi asılıb. Şəkildə “Hud” surəsinin 88-ci ayəsi, “Və mə təvfiqi illa Billah – Müvəffəqiyyət yalnız Allahın köməyilədir” yazılıb. Gülənin çarpayısının ayaq tərəfində Quran ayəsinin asılması bir çox müsəlman tərəfindən doğru olmayan hərəkət kimi qiymətləndirilib. Halbuki Fəthullah Gülən öz rəsmi internet saytında yazdığı məqalədə hörmət əlaməti olaraq atasının dünyaya gəldiyi kəndə tərəf ayağını uzatmadığını bildirmişi. Qeyd edək ki, bu, Fəthullah Gülənə aid olduğu iddia olunan 3-cü otaqdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !