Fəthullah Gülən o ölkəyə qaçacaq

09:19 | 17.02.2015
Fəthullah Gülən o ölkəyə qaçacaq

Fəthullah Gülən o ölkəyə qaçacaq

Barəsində həbs qətimkan tədbiri seçilən Fəthullah Gülənin Türkiyə ilə ekstradisiya razılığı olmayan Kanadaya qaçmaq istədiyi barədə iddia bir daha gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, ötən gün "Fuat Avni” hesabı ilə tvitter fenomenlərindən birinə çevrilən şəxsin ifşa olunmasından sonra onun digər şəxslərlə mesajlaşmasına baxılıb və bəzi yazışmalar diqqət çəkib.

Onlardan biri də "Fuat Avni” hesabını idarə etdiyi iddia olunan Emre Uslunun Cümhuriyyət Xalq Partiyası (CHP) millət vəkili Akif Həmzə Çəbi ilə birbaşa mesajlar (PM) bölümündən yazışdıqları olub.

"Qorxulası bir şey yoxdur. Mən bir müdirlə danışdım. Xoca əəfəndi Kanadaya keçəcək. Kanadadən suçlu iadəsi yoxdur” – deyə 10 aydır ABŞ-da yaşayan Emre Uslu CHP millət vəkilinə yazdığı mesajda bildirib.

Qeyd edək ki, Türkiyədə "Paralel hökumət” əməliyyatı çərçivəsində on gün əvvəl keçirilən məhkəmədə din xadimi Fəthullah Gülənin haqqında həbs qərarı çıxıb. O, terror təşkilatına liderlikdə təqsirləndirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM