Fətullah Güləndən bəd dua açıqlaması

17:23 | 18.03.2014
Fətullah Güləndən bəd dua açıqlaması

Fətullah Güləndən bəd dua açıqlaması

"Mənim dualarıma amin deməli idilər"

Fətullah Gülən dediyi bəd dualarından danışıb. 

ANS PRESS-in məlumatına görə, Gülən camaatının lideri Fətullah Gülən “Zaman” qəzetində yayımlanan müsahibəsində mətbuat səhifələrində yayılan bəd dualarına “amin” deyilməli olduğunu deyib: “Bir qisim mediya orqanları bu məsələni yalnış yozdular. Bizə bəd dua edildi dedilər. Əgər kimsə sizə dəfələrlə hücum edərsə səbriniz tükənər və ona Allah ya sənin bəlanı versin ya da mənim bəlamı versin deyərlər. Əgər belə deyilsə, bu böhtanı atanın bəlasını versin. O gün də duam belə oldu. Heç bir şəxsin, partiyanın və birliyin adını çəkməmişəm. Əgər onla belə deyillərsə, niyə bu qədər narahat olurlar. Qəzetlərə bu duamı çap edənlər ona amin deməli idilər. Demədilər və onu istismar etdilər”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM