Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Fətullah Gülən “Camaat”ında 25 il fəaliyyət göstərən Prof. Dr. Əhməd Kələş, paralel quruluşun piramidasını izah edib.
5-ci qata qədər gələ bilən Kələş, camaatın 1, 2 və 3-cü qatını sadə xalq təbəqəsi olan tələbələr və müəllimlərin meydana gətirdiyini söylədi.
Sözlərinə davam edən Kələş,"4-cü qatın ara qatı olduğunu yəni bu təbəqə yuxarı ilə aşağı arasında vasitəçi rolunu oynadığını, 5, 6 və 7-ci qatların isə gizli təşkilat qatları olduğunu” bildirdi.
Eyni zamanda 6-cı qat sadəcə F.Gülənin bildiyi və daim öz nəzarəti altında olan “həyatı əhəmiyyətli işlərin” həyata keçirildiyi bir mərtəbədir. Bu təqəbə Nazirlər Kabineti və ya Milli Təhlükəsizlik Şurası kimi ciddi bir önəmə sahibdir”.
Hal-hazırda ölkədə baş verənlərin beşinci təbəqə ilə əlaqədar olduğunu və bu hərəkətın yalnız və yalnız dövləti ələ keçirmək üçün var olduğunu da qeyd edib.
ANN.Az