Gülən camaatının lideri Fətullah Gülənə məxsus olduğu iddia edilən “paralel hökumət” adlı qruplaşmanın Türkiyədəki fəaliyyəti ilə bağlı yeni sənədlər üzə çıxıb.
ANS PRESS-in məlumatına görə, sənədlərdə Fətullah Güəndən sonra Türkiyədə ən yüksək nüfuz sahibi olan “paralel hökumət” qruplaşmasının üzvünün adı açıqlanıb. Həmin şəxsin “Kayanak Holding” adlı şirkətin maliyyə müdiri Mustafa Özcan olduğu bildirilir. Mustafa Özcan 10 il Türkiyə Hərbi Hava Qüvvələrində xidmət edib. Bu zaman onun təxəllüsü "paralel hökumətin havadakı imamı" olub. “Paralel hökumətin ədliyyə sahəsindəki imamı”nın isə Osman Qaraquş adlı bir şəxs olduğu əldə edilən sənədlərdə qeyd olunub. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !