"Report" xəbər verir ki, bu barədə F.Ağamalı özü bildirib.
Onun sözlərinə görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə keçirdiyi görüşü başa çatdırandan sonra baş verib: "Deputatlığa namizəd Kamil Müsəvi müxtəlif bölgələrdən gətirdiyi insanlar ilə birlikdə aqressiv şəkildə üzərimə hücum etdilər. Söyüş və təhqiramiz davranışlarla mənə və tərəfdarlarıma fiziki təzyiq göstərdilər. Minik maşınıma əllərindəki küt alətlərlə zərbələr vurmağa başladılar".
F.Ağamalı hadisə ilə bağlı Baş Prokuror Zakir Qaralova, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !