Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO

19:38 | 23.12.2021
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO

Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO

Prezident İlham Əliyev Məmməd Aslan oğlu Abbasbəylinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

"Unikal"ın məlumatına görə, Məmməd Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin qardaşı, Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Abbasovun oğludur. 
O, 1975-ci ildə Gəncə şəhərində anadan olub, 4 saylı orta məktəbi qızıl medalla bitirib. 

Məmməd Abbasbəyli "Xəzər" Universitetinin, ABŞ-ın Purdue və George Washington Universitetlərinin məzunudur. 

Eyni zamanda New York Vəkillər Kollegiyasının üzvüdür. 

Evlidir, 3 övladı var. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM