• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Xankəndində qəbul keçirib

Prezident Xankəndində qəbul keçirib
03.07.2025 14:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Rəşid Meredov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlar üçün minnətdarlığını ifadə edib və öz növbəsində salamlarını Türkmən xalqının Milli Liderinə, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına çatdırmağı xahiş edib.

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Qarabağda aparılan bərpa və quruculuq işlərinin ona böyük təəssürat yaratdığını, bölgənin təbiətinin gözəlliyinə valeh olduğunu bildirib.

Görüşdə azərbaycanlılarla türkmənlərin ortaq etnik köklərə, tarix və mədəniyyət əlaqələrinə malik qardaş xalqlar olduğu bir daha vurğulanıb. Ölkələrimiz arasında energetika, nəqliyyat, mədəniyyət, humanitar, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb. Xüsusilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qeyd olunub.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol